5 istiqamət, bir yanaşma

Kurslar

Bug Bounty-dən başqa hər istiqamət sıfırdan başlayır və hamısı eyni qaydada keçir: onlayn dərs, brauzerdə laboratoriya, həftəlik tapşırıq və mentor yoxlaması. Qrupda (maks. 5 nəfər) və ya fərdi.

Hansını seçəcəyini bilmirsən? 4 dəqiqəlik uyğunluq testi

Bütün kurslar

Populyar

Red Team

Hücum təhlükəsizliyi və pentest

Hücumçu kimi düşünməyi öyrən: kəşfiyyatdan istismara, hüquqların yüksəldilməsindən peşəkar pentest hesabatına qədər.

  • Nmap, Burp Suite, Metasploit
  • Web, şəbəkə və Active Directory hücumları

Sıfırdan · 8 modul

Blue Team

Müdafiə, SOC və insident cavabı

Hücumu vaxtında görmək və dayandırmaq: log analizi, SIEM ilə monitorinq, insidentlərə cavab və təhdid ovçuluğu.

  • SIEM, Wireshark, EDR
  • SOC analitiki üçün real ssenarilər

Sıfırdan · 8 modul

Süni İntellekt

Tətbiqi AI və maşın öyrənməsi

Python ilə maşın öyrənməsindən böyük dil modellərinə: real məlumat üzərində model qurmaq və AI tətbiqləri yaratmaq.

  • Python, scikit-learn, PyTorch
  • LLM, RAG və AI agent layihələri

Sıfırdan · 8 modul

Mobil Proqramlaşdırma

Flutter ilə Android və iOS

Bir kod bazası ilə iki platforma: dizayndan API inteqrasiyasına, App Store və Google Play-də yayımlamağa qədər.

  • Flutter, Dart, Firebase
  • App Store və Google Play-də real tətbiq

Sıfırdan · 8 modul

İrəli səviyyə

Advanced Bug Bounty

Real proqramlarda zəiflik ovçuluğu

Beynəlxalq bug bounty platformalarında qəbul olunan tapıntılar: avtomatlaşdırılmış recon, zəncirvari və yüksək təsirli zəifliklər.

  • Recon avtomatlaşdırması, API zəiflikləri
  • Qəbul olunan hesabat yazımı

İrəli səviyyə · 8 modul