Süni İntellekt kursu

Tətbiqi AI və maşın öyrənməsi

AI-dan istifadə etmək bir şeydir, onu qurmaq başqa. Python və məlumatdan başlayıb öz modelini öyrədir, sonra böyük dil modelləri ilə işləyən real tətbiq yaradırsan.

03 / 05
  • Python
  • Jupyter
  • pandas
  • +6
Səviyyə
Sıfırdan
Proqram
8 modul
Format
Onlayn
Dərs növü
Qrup (maks. 5) və ya fərdi

Bu kurs kimin üçündür

01

Sıfırdan başlayanlar

Proqramlaşdırma bilməsən də olar – ilk modul Python-un özündən başlayır.

02

Developerlər

Proqramlaşdırma bilirsənsə – məhsuluna AI funksiyaları əlavə etməyi öyrənirsən.

03

Analitiklər

Excel və SQL-dən maşın öyrənməsinə keçib proqnoz modelləri qurmaq istəyənlər.

  1. 01Python və məlumatla işAI-ın xammalı məlumatdır.
    • Python
    • NumPy
    • pandas
    • Vizuallaşdırma
  2. 02Riyazi intuisiyaFormul əzbərləmədən, kodla anlamaq.
    • Xətti cəbr
    • Ehtimal
    • Qradiyent enişi
  3. 03Klassik maşın öyrənməsiHər AI layihəsinin təməli.
    • Reqressiya
    • Təsnifat
    • scikit-learn
    • Modelin qiymətləndirilməsi
  4. 04Neyron şəbəkələrDərin öyrənmənin necə işlədiyi.
    • PyTorch
    • Təlim dövrü
    • Overfitting
    • GPU ilə iş
  5. 05Kompüter görmə və NLPŞəkil və mətnlə işləyən modellər.
    • CNN
    • Transformer
    • Hugging Face
    • Fine-tuning
  6. 06Böyük dil modelləriLLM-i tətbiqə qoşmaq.
    • Prompt mühəndisliyi
    • API ilə iş
    • Embeddinglər
  7. 07RAG və AI agentlərÖz sənədlərinlə danışan sistemlər.
    • Vektor bazaları
    • RAG
    • Alət çağırışı
    • Agent iş axını
  8. 08Yekun layihəBaşqalarının istifadə edə biləcəyi məhsul.
    • FastAPI
    • Deploy
    • Portfolio təqdimatı

Kursun sonunda bacaracaqsan

İşlədəcəyin alətlər

  • Python
  • Jupyter
  • pandas
  • scikit-learn
  • PyTorch
  • Hugging Face
  • LangChain
  • FastAPI
  • Git
  • Real məlumat dəsti üzərində model qurub qiymətləndirmək
  • PyTorch ilə neyron şəbəkə öyrətmək
  • Hazır modeli öz tapşırığına uyğunlaşdırmaq
  • LLM ilə işləyən RAG tətbiqi yaratmaq
  • AI agentə alət qoşub iş axını qurmaq
  • Layihəni API kimi yayımlayıb portfolioya əlavə etmək

Bir həftə necə keçir

Bu, video kurs deyil: dərslər onlayndır, mentorla real vaxtda. Qrupda maksimum 5 nəfər və ya fərdi: mentor hər kəsin işini görür.

  1. 01

    Onlayn dərs

    Mentor mövzunu real vaxtda izah edir – sualını elə dərsdəcə verirsən.

  2. 02

    Laboratoriya

    Eyni mövzunu brauzerdə açılan laboratoriyada öz əlinlə təkrarlayırsan.

  3. 03

    Həftəlik tapşırıq

    Hər həftə real ssenariyə əsaslanan tapşırıq – bildiyini yoxlayırsan.

  4. 04

    Mentor rəyi

    Mentor işini yoxlayır, səhvini göstərir, növbəti addımı deyir.

«Süni İntellekt» kursunda yerini ayır

Qiymət, cədvəl və növbəti axının başlama tarixini WhatsApp-da yazırıq. Əvvəlcə pulsuz onlayn sınaq dərsinə qoşul – sonra qrup və ya fərdi formatı seçərsən.

Tez-tez verilən suallar

«Süni İntellekt» kursu üçün ilkin bilik lazımdırmı?

Xeyr. İlk modul Python-un özündən başlayır. Riyaziyyatı əzbərləmək lazım deyil: lazım olan intuisiyanı kod və nümunələr üzərində qurursan.

«Süni İntellekt» kursundan sonra hansı vəzifələrdə işləmək olar?

Maşın öyrənməsi mühəndisi, AI tətbiq developeri (LLM, RAG, AI agentlər), məlumat analitiki. Ən sürətlə böyüyən istiqamət hazır AI modellərini biznesin real probleminə tətbiq etməkdir. Kursun sonunda portfoliona əlavə edə biləcəyin öz AI layihən olur.

Dərslər necə keçir?

Bütün dərslər onlayndır – mentorla real vaxtda, hazır yazılmış video yox. Formatı sən seçirsən: qrup (maksimum 5 nəfər) və ya fərdi dərslər. Hər mövzudan sonra brauzerdə açılan laboratoriyada praktika edirsən, həftəlik tapşırığı isə mentor yoxlayır.

Kursun qiyməti nə qədərdir və növbəti axın nə vaxt başlayır?

Qiymət, cədvəl və növbəti axının başlama tarixi seçdiyin formata (qrup və ya fərdi) görə dəyişir – WhatsApp-da yaz, dərhal göndəririk. Qərar verməzdən əvvəl pulsuz onlayn sınaq dərsinə qoşulub mentorla tanış ola bilərsən.

Mövzu ilə bağlı yazılar

Bütün yazılar →

Digər istiqamətlər